All_TypeTube

7 Ekim 2015 Çarşamba

Ağdamın "Dörd yol"undan o tərəfə baxa bilməyən adam

Çoxdandı qulaqlarımı şirin, çox doğma bir səs döyür. Uzaqlardan gələn gülüş dolu cingiltili bir səs. Bütün səslərin içindən seçılən, sanki qərinələrdən gələn, qəriblikdə darıxan qəribə bir səs. Bu səs özünü xəzəllə basdırmış, izi itmiş arxın kənarıyla məni köhnə qəbiristanlığın yanından keçirərək məktəbə, ordan da asfalt yoldan adladıb Qaraman dağının döşünə qaldırır. Sökülmüş binaları, qurumuş ağacları, ot basmış yolları, itmiş cığırları salamlayaraq. Yanından ötüb keçdiyim sonradan xəstəxanaya çevrılən oxuduğumuz o, məktəbin səsimiz yazılan sökük divarları uşaq yaddaşımdakı tarix dərsinin müharibə səhnələrini xatırladır.

Hər ölən əsgərlə ölürəm, Allah

(Dostum mayor Vitali Salamovun xatirəsinə)

Bir səngər uzanıb yolumun üstə,
neçə baş qoyulub qolumun üstə,
daha yatammıram solumun üstə,
hər ölən əsgərlə ölürəm, Allah.

İndi kim duracaq bu gecə postda,
görən nə düşünür postdakı dost da,
bir qara kağız da atıldı poçta,
hər ölən əsgərlə ölürəm, Allah.

Yuxumu görürəm yatan yerinə,
günəşim yol gedir batan yerinə,
balam, sən uzanma atan yerinə,
hər ölən əsgərlə ölürəm, Allah.

Ruhların dolaşdığı bu kənddə köhnə xatirələrdən başqa heç nə qalmayıb. Hər yer və hər şey qaranlıqdı. Elə bil günəş işığı düşmür bu yerlərə. Bütün qara buludlar yığılıb bu kəndin, bu elin üstünə. Adamı vahiməyə salan qapqara buludlar. Səsimi batmışdı bu yerlərin, ya bütün olanlar kimi səsləri də yığışdırıb aparmışdılar. Bu gün bu boşluqda tüğyan eləyən küləyin də səsi eşidilmirdi.
Böyrü üstə düşmüş pilləkanların toz basmış pillələrini kütləşmiş barmaqlarımla silə-silə, yorğun ayaqlarıma yer edə-edə addımlayıram. İllərin ağırlığı ilə yüklənmiş köhnə xatirələri oyatmağa. Sınıq rəfin kiflənmiş siyirtməsində yatan uşaqlıq xatirələrimi bu zaman qəfəsindən açıb buraxmağa.

Bu gecə uşaqlığım idi yol yoldaşım...

Nə qədər yollar var bu məmləkətdə. Amma bu yolların heç biri bizi o yerlərə aparmır. Apara bilmir. Aparmaq istəmir. Bəlkə də "getmək istəyəni apararıq"-deyə düşünür-bu yollar.
"Dünyanın bütün kiçik və böyük şəhərlərinə aparan yolların kəsişən yol ayrıclarına, el arasında "DöRD YOL"  deyilən yerə çatan hər bir kəs-istər sürücü olsun, istər sərnişin-bir anlığa da olsa bu yollara diqqət kəsilir, hər üç tərəfə baxır. Təkcə ağdamlılardan başqa. Neçə illərdi istər Bərdədən, istər Ağcabədidən, istərsə də Tərtərdən gəlsin, "AĞDAMIN DöRD YOLU" deyilən yerə çatanda tamam başqa bir səmtə çevirir üzünü. Utanır Ağdam tərəfə baxmağa. özünü günahkar və nə bilim, nə bilir. ürək eləmir, baxa bilmir o tərəflərə-qibləgahı saydığı o yerlərə sarı." Hər dəfə Ağdama tərəf gedəndə ağlıma gələn ilk fikrim bu olur.
Bu illər ərzində çox şeylərimizi itirmişik. Yurdu, yurd yerini, xoşbəxt günləri. Bircə yuxular qalıb bizə, bir də röyalar qarışıq xatirələr. İtirmədiyimiz nələr qaldı ki. Indiyədək qoruyub saxladığımız özünəməxsus adət-ənənəmizi, mədəniyyətimiz də unudulub, yaddan çıxıb gedir. Nəinki o yerləri görməyən-müvəqqəti yaşayış yerlərimiz sayılan çadırlarda, vaqonlarda doğulanlar, hətta ömrünün çoxunu o yerlərdə keçirənlər belə daha o müqəddəs yerlərə-ocaqlara, pirlərə and içmirlər. Neçə illərdi "Qara Pirim", "Hacışəfi baba haqqı"-deyib and içənimizi görməmişəm. Elə başqa ziyarətgahlarımıza da. Itirdiklərimizi unuda-unuda gedirik. Torpaqlarımızı, yurd yerlərimizi, bizlər üçün müqəddəs nə varsa hamısını unuda-unuda.
Gündüzlər qarşımı kəsən şlaqbaumu gecələr xəyallarla birlikdə adlayıb keçirəm. Sorğusuz-filansız. Hərdən düşünürəm ki, hər gün o yurdun havasını alıb, suyunu içən daş atdığımız quşlar qədər də cəsarətli olmadıq. Uçulub tökülmüş daşları üst-üstə yığaraq xəyallarda bir ev qururam. Köhnə çərçivəli bir evQapısız, pəncərəsiz. Qoyub gəldiyimiz bağlı qapıların sındırılmış, atılmış qıfıllarını yığa-yığa. Dartılıb cırılmış uşaqlıq şəkillərini qurumuş dodağıma tutub birtəhər yapışdıra-yapışdıra uşaqlığımın itmiş günlərini düzüb vərəqləmək istəyirəm. çözələnən xatirələrin başlanğıcını, sonunu tapa bilmirəm. Əlimdə sonu oxuna bilinməyən ömür məktubunun ilk və yarımşıq cümlələrinin nə vaxt tamamlanacağı bilinmir. Adamı özünə oxşadan boynu bükülü cavabsız suallar qarışıq. Evdəkilərdən, uşaqlardan, torpaqdan, daşdan, havadan, sudan, özümüzdən və hamıdan utana-utana dolaşırıq bu məmləkəti didərgin ayaqlarla.
Çoxdan yazmaq istəyirdim içimdə dolaşan bu ağrıları. Məni rahat buraxmayan bu nisgili, acıları. Yurd itgisinin əzabları ilə bərabər, insanların pərən-pərən düşməsindən. Və bir də, bu ailədən. Bu ailənin, bu uşaqların neçə-neçə tanımadığı, uyuşa-uyğunlaşa bilmədiyi ev dediyimiz qalacaq yerlərinin dəyişməsini qəbul edə bilmədiyimdən. Bu haqda yazını başlaya bilmirdim.Bütün bunlara həm də özüm hazır deyildim.
Bugünkü uşaqlıq xatirələrim Vitali ilə bağlıdır. Elə qurumuş, ağarmış dodaqlarımla birtəhər yapışdırdığım cırılmış, doğranmış şəkillərimizdə bizim güzgüsü sınıq uşaqlığımızın xoşbəxt günləri ağlayırdı. Boş gilizlərin sönük baxışları  cırıq döyüş şəkillərini torpağa tapşırırdı. Içimizdən keçib kəndimizə, elimizə, cümlə Qarabağımıza düşən mərmilərin ürəyimizi partladan qəlpələriylə. Bizi həm də daha çox ağrıdan bu qədər döyüşən, vuruşan Vitalinin doğma yurdla bərabər özünün də cismən bizdən uzaq olmasıdı. Vitali o yerləri bizlərdən daha çox sevdiyindən, oralardan uzaqlarda yaşaya bilməyəcəyini bilərəkdən o yerləri tərk etmədi. Tərk edə bilmədi.
Adətən yaxşı tanıdığın adam haqqında yazmaq çox çətin olur. Bilmirsən bildiklərinin hansından yazasan, haradan başlayasan. Vitali ilə biz Ağdam rayonunun Boyəhmədli kənd orta məktəbində də, institutda da bir yerdə oxumuşuq. Ona gorə də onu çox yaxşı tanıyırdım. İnstitutu qurtardıqdan sonra mən Bakıda qalıb işləməli oldum. Vitali isə əvvəlcə Xankəndində, sonra isə Ağdamda, Ağdərədə polis sistemində çalışdı. Ağdam polis alayında qərargah rəisi vəzifəsinə kimi yüksəldi.
Vitalinin özü, zarafatları üçün çox darıxırdım. Elə indi də. Bəlkə də indi daha çox darıxıram. Zarafatı, gülüşü yadırğadımız bu zamanda. Onun üzündə qəribə bir sevinc vardı. Adam onu görəndə bütün qəmini unudardı. Onda hər şey fərqli idi. Danışığı da, təbəssümü də, gülüşü də, zarafatı da. çünki təbii idi. özüydüVətənə, elə, insanlara Sevgisiylə, Təmizliyiylə, Düzlüyüylə, Mehribanlığıyla, Mübarizliyiylə. Onu hamıya sevdirən, hamı üçün əziz, doğma edən, həm də səmimi olmasıydı. Ən çətin anlarında da onun üzündə qəm görməzdin. Qəm ondan uzaq idi.Sonradan nə qədər yaxın olsa da.    
Vitali çox savadlı oğlan idi. 1973-cü ilin sazaqlı bir qış günü idi. Ağdamın 1 saylı orta məktəbində fizikadan olimpiada keçirilirdi.Olimpiadada məktəbdən ikimiz iştirak edirdik. Vitali ilə yanaşı oturmuşduq. Vərəqin üz qabığını dolduranda gördüm Boyəhmədli kənd orta məktəbinin 9a sinif şagirdi Salamov Vitali Məhəmməd oğlu yazıb. Amma Məhəmməd oğlu məni bir qədər çaş-baş saldı. Soruşanda "atamın adı Məhəmməddi, Məti deyirlər"-deyib, güldü. Həmin Məti dayı bizi  bayırda "Jiquli"sində gözləyirdi.
Atası Məti dayı, anası Qumru xala lap cavanlığından onunla qürur duyurdular. Qürur duyulası Vitaliylə.
Vitali savadlı olduğu qədər də istedadlı idi. Radioda ifa olunan mahnını bir dəfə eşitməklə pianinoda, ya da qarmonda onu o dəqiqə təkrarlayardı. Vitalinin şeir yazmağı da vardı. özü kimi zarafat dolu şeirlərindən xırda parçalar qalıb ailəsinin özləri ilə götürə bildikləri şəkillərin arasında.
Vitali Qarabağ müharibəsinin elə ilk günlərindən döyüşə atıldı. Daima öndə oldu. Bir əsgər kimi. Bir arteleriya zabiti kimi son gününə qədər düşmənlə döyüşdü. İdarə etdiyi "UAZ"maşını deşik-deşik idi. Ermənilər Vitalinin əlindən çox yanıqlı idilər. Onu ailəsi ilə hədələyirdilər, qorxuzmağa çalışırdılar. O isə qorxunu çoxdan unutmuşdu. Təkcə qorxduğu bir şey vardı. Vətən, torpaq itkisi. Vitali torpaqların işğalınına, insanların öz yurdlarından didərgin düşmələrinə dözə bilmirdi. Vətən üçün, Qarabağ üçün son damla qanına kimi vuruşdu. Canından çox sevdiyi torpaq üçün canından keçdi. Onun son baxışlarında çox da uzaqda olmayan, əl uzatsan çatacaq qədər yaxın olan-onu, bizləri gözləyən dağlar qaldı. Tənhalıqda, kimsəsizlikdə darıxan dağlar. Bir də böyüyüb başa çatdığı, doğma Boyəhmədli kəndinin Qaraman dağının döşündəki sökük binaları, xiffətdən quruyan ağacları.
Deyirlər portuqaliyalı balıqçılar hər dəfə dənizə çıxanda ailəsi ilə vidalaşırlar. Döyüşə gedənlər kimi. Bəlkə də bu onların son görüşüdü, deyə. Vitali də hər səhər uşaqları, ailəsi ilə vidalaşardı. Amma bunlardan hansının sonuncu olacağını  bilmirdi, inanmaq istəmirdi.
Nə qədər insanlar gəlib-gedib bu dünyadan. Hərə bir ömür sürdü. ... Kimi 30, kimi 50, kimi 100 ilPayızda dünyaya göz açan Vitali, elə payızda da dünyayla vidalaşmalı oldu. Həm də Ağdamın payızında. Nə qədər arzuları qaldı bu dünyada. Sizlərin, bizlərin-hamımızın həyata keçirməlı olduğu arzuları. Onun bütün arzuları bizlərin arzuları idi. Yurdun, vətənin, xalqın, millətin arzuları. O, bacaracağından çox çalışdı, çox vuruşdu. Bundan sonrakı vuruşlar bizlərin vuruşudu, bizlərin döyüşüdü. Bu torpaq, bu millət savaşında Vitalinin o yerləri dolaşan ruhu həmişə bizimlə olacaq. Müqəddəs Qələbə gününə kimi. Qayıdacağıq o torpaqlara. Mütləq qayıdacağıq. O darıxan, üzülən cığırlara, ot basmış yollara yenidən iz salacağıq.
Vitali, bu 36 ildə vətəni üçün, eli üçün, ailəsi, övladları üçün baş ucalığı gətirən nümunəvi bir ömür yaşadı. Bundan sonra da nə qədər dostlar var, nə qədər həyat var, nə qədər Qarabağ var, Vətən var, Vitali də var. Dostların, döyüş yoldaşlarının qəlblərində Vitalinin sevgisi, neçə-neçə gözəl xatirələri qalır. ürəklərdə, qəlblərdə, yaddaşlarda isə əsl vətəndaş, torpaq-vətən üçün canından keçməyə hazır olan bir döyüşçü, gözəl insan, mehriban ata, ailə başçısı, yaxşı dost, məğrur zabit kimi yaşayacaq-mayor Vitali Salamov Məhəmməd oğlu.
Vitalinin iki yadigarı var. Sima, Anar. Bir də ailəsi. üzündən, gözündən həmişə sevinc yağan Vitalinin ocağında bir Sevinc də var. Babasının səkillərini seçib "Ba-ba" deyib, mənə bir-bir uzadan 3 yaşlı Sevinc nəvəsi.
Otaqda bir zabit baxışı vardı. Əvvəlki baxışlardan tam fərqli bir zabit baxışı. O gülüşlü gözlərdən əsər-əlamət yox idi. Mənə elə gəlirdi ki, o baxışlar çox uzaqlara dikilmişdı. Bəlkə də bu mənə elə gəlirdi. Amma nəvəsinə elə gəlirdi ki, babası ancaq ona baxır. Hər halda uşaqlar daha həssas olurlar.
Nədənsə bu şəkillərə baxanda Salvador Dalinin "Saatlar"ındakı Zaman yadıma düşür. Kiminçün uzanan, kiminçün üzülən, kiminçün dayanan Zaman. Hərənin yaddaşında bir cür ilişib qalan Zaman.
Hər Zamanın Vitalisindən yazmaq istədiyim yazı, ona olan xoş münasibətlər kimi qurtarmaq bilmir... 


Rəfail Tağızadə

Təzadlar.- 2010.- 26 iyun.- S.9.

Rəfail Tağızadə: PAYIZ TALELİ ADAM

    
   


Çoxdandı qulaqlarımı şirin, çox doğma bir səs döyür. Uzaqlardan gələn gülüş dolu cingiltili bir səs. Bütün səslərin içindən seçılən, sanki qərinələrdən gələn, qəriblikdə darıxan qəribə bir səs. Bu səs özünü xəzəllə basdırmış, izi itmiş arxın kənarıyla məni köhnə qəbiristanlığın yanından keçirərək məktəbə, ordan da asfalt yoldan adladıb Qaraman dağının döşünə qaldırır. Sökülmüş binaları, qurumuş ağacları, ot basmış yolları, itmiş cığırları salamlayaraq. Yanından ötüb keçdiyim sonradan xəstəxanaya çevrılən oxuduğumuz o, məktəbin səsimiz yazılan sökük divarları uşaq yaddaşımdakı tarix dərsinin müharibə səhnələrini xatırladır.
Ruhların dolaşdığı bu kənddə köhnə xatirələrdən başqa heç nə qalmayıb. Hər yer və hər şey qaranlıqdı. Elə bil günəş işığı düşmür bu yerlərə. Bütün qara buludlar yığılıb bu kəndin, bu elin üstünə. Adamı vahiməyə salan qapqara buludlar. Səsimi batmışdı bu yerlərin, ya bütün olanlar kimi səsləri də yığışdırıb aparmışdılar. Bu gün bu boşluqda tüğyan eləyən küləyin də səsi eşidilmirdi.
Böyrü üstə düşmüş pilləkanların toz basmış pillələrini kütləşmiş barmaqlarımla silə-silə, yorğun ayaqlarıma yer edə-edə addımlayıram. İllərin ağırlığı ilə yüklənmiş köhnə xatirələri oyatmağa. Sınıq rəfin kiflənmiş siyirtməsində yatan uşaqlıq xatirələrimi bu zaman qəfəsindən açıb buraxmağa.
Bu gecə uşaqlığım idi yol yoldaşım...

                                                    *  *  *

Nə qədər yollar var bu məmləkətdə. Amma bu yolların heç biri bizi o yerlərə aparmır. Apara bilmir. Aparmaq istəmir. Bəlkə də “getmək istəyəni apararıq”-deyə düşünür-bu yollar.

Dünyanın bütün kiçik və böyük şəhərlərinə aparan yolların kəsişən yol ayrıclarına, el arasında “DÖRD YOL”  deyilən yerə çatan hər bir kəs-istər sürücü olsun, istər sərnişin-bir anlığa da olsa bu yollara diqqət kəsilir, hər üç tərəfə baxır. Təkcə ağdamlılardan başqa. Neçə illərdi istər Bərdədən, istər Ağcabədidən, istərsə də Tərtərdən gəlsin, “AĞDAMIN DÖRD YOLU” deyilən yerə çatanda tamam başqa bir səmtə çevirir üzünü. Utanır Ağdam tərəfə baxmağa. Özünü günahkar və nə bilim, nə bilir. Ürək eləmir, baxa bilmir o tərəflərə-qibləgahı saydığı o yerlərə sarı.” Hər dəfə Ağdama tərəf gedəndə ağlıma gələn ilk fikrim bu olur.
Bu illər ərzində çox şeylərimizi itirmişik. Yurdu, yurd yerini, xoşbəxt günləri. Bircə yuxular qalıb bizə, bir də röyalar qarışıq xatirələr. İtirmədiyimiz nələr qaldı ki. Indiyədək qoruyub saxladığımız özünəməxsus adət-ənənəmizi, mədəniyyətimiz də unudulub, yaddan çıxıb gedir. Nəinki o yerləri görməyən-müvəqqəti yaşayış yerlərimiz sayılan çadırlarda, vaqonlarda doğulanlar, hətta ömrünün çoxunu o yerlərdə keçirənlər belə daha o müqəddəs yerlərə-ocaqlara, pirlərə and içmirlər. Neçə illərdi “Qara Pirim”, “Hacışəfi baba haqqı”-deyib and içənimizi görməmişəm. Elə başqa ziyarətgahlarımıza da. Itirdiklərimizi unuda-unuda gedirik. Torpaqlarımızı, yurd yerlərimizi, bizlər üçün müqəddəs nə varsa hamısını unuda-unuda.

  Gündüzlər qarşımı kəsən şlaqbaumu gecələr xəyallarla birlikdə adlayıb keçirəm. Sorğusuz-filansız. Hərdən düşünürəm ki, hər gün o yurdun havasını alıb, suyunu içən daş atdığımız quşlar qədər də cəsarətli olmadıq. Uçulub tökülmüş daşları üst-üstə yığaraq xəyallarda bir ev qururam. Köhnə çərçivəli bir ev. Qapısız, pəncərəsiz. Qoyub gəldiyimiz bağlı qapıların sındırılmış, atılmış qıfıllarını yığa-yığa. Dartılıb cırılmış uşaqlıq şəkillərini qurumuş dodağıma tutub birtəhər yapışdıra-yapışdıra uşaqlığımın itmiş günlərini düzüb vərəqləmək istəyirəm. Çözələnən xatirələrin başlanğıcını, sonunu tapa bilmirəm. Əlimdə sonu oxuna bilinməyən ömür məktubunun ilk və yarımşıq cümlələrinin nə vaxt tamamlanacağı bilinmir. Adamı özünə oxşadan boynu bükülü cavabsız suallar qarışıq. Evdəkilərdən, uşaqlardan, torpaqdan, daşdan, havadan, sudan, özümüzdən və hamıdan utana-utana dolaşırıq bu məmləkəti didərgin ayaqlarla.

Çoxdan yazmaq istəyirdim içimdə dolaşan bu ağrıları. Məni rahat buraxmayan bu nisgili, acıları. Yurd itgisinin əzabları ilə bərabər, insanların pərən-pərən düşməsindən. Və bir də, bu ailədən. Bu ailənin, bu uşaqların neçə-neçə tanımadığı, uyuşa-uyğunlaşa bilmədiyi ev dediyimiz qalacaq yerlərinin dəyişməsini qəbul edə bilmədiyimdən. Bu haqda yazını başlaya bilmirdim. Bütün bunlara həm də özüm hazır deyildim.

Bu günkü uşaqlıq xatirələrim Vitali ilə bağlıdır. Elə qurumuş, ağarmış dodaqlarımla birtəhər yapışdırdığım cırılmış, doğranmış şəkillərimizdə bizim güzgüsü sınıq uşaqlığımızın xoşbəxt günləri ağlayırdı. Boş gilizlərin sönük baxışları  cırıq döyüş şəkillərini torpağa tapşırırdı. Içimizdən keçib kəndimizə, elimizə, cümlə Qarabağımıza düşən mərmilərin ürəyimizi partladan qəlpələriylə. Bizi həm də daha çox ağrıdan bu qədər döyüşən, vuruşan Vitalinin doğma yurdla bərabər özünün də cismən bizdən uzaq olmasıdı. Vitali o yerləri bizlərdən daha çox sevdiyindən, oralardan uzaqlarda yaşaya bilməyəcəyini bilərəkdən o yerləri tərk etmədi. Tərk edə bilmədi.

Adətən yaxşı tanıdığın adam haqqında yazmaq çox çətin olur. Bilmirsən bildiklərinin hansından yazasan, haradan başlayasan. Vitali ilə biz Ağdam rayonunun Boyəhmədli kənd orta məktəbində də, institutda da bir yerdə oxumuşuq. Ona gorə də onu çox yaxşı tanıyırdım. İnstitutu qurtardıqdan sonra mən Bakıda qalıb işləməli oldum. Vitali isə əvvəlcə Xankəndində, sonra isə Ağdamda, Ağdərədə polis sistemində çalışdı. Ağdam polis alayında qərargah rəisi vəzifəsinə kimi yüksəldi.
Vitalinin özü, zarafatları üçün çox darıxırdım. Elə indi də. Bəlkə də indi daha çox darıxıram. Zarafatı, gülüşü yadırğadımız bu zamanda. Onun üzündə qəribə bir sevinc vardı. Adam onu görəndə bütün qəmini unudardı. Onda hər şey fərqli idi. Danışığı da, təbəssümü də, gülüşü də, zarafatı da. Çünki təbii idi. Özüydü. Vətənə, elə, insanlara Sevgisiylə, Təmizliyiylə, Düzlüyüylə, Mehribanlığıyla, Mübarizliyiylə. Onu hamıya sevdirən, hamı üçün əziz, doğma edən, həm də səmimi olmasıydı. Ən çətin anlarında da onun üzündə qəm görməzdin. Qəm ondan uzaq idi. Sonradan nə qədər yaxın olsa da.       

Vitali çox savadlı oğlan idi. 1973-cü ilin sazaqlı bir qış günü idi. Ağdamın 1 saylı orta məktəbində fizikadan olimpiada keçirilirdi.Olimpiadada məktəbdən ikimiz iştirak edirdik. Vitali ilə yanaşı oturmuşduq. Vərəqin üz qabığını dolduranda gördüm Boyəhmədli kənd orta məktəbinin 9a sinif şagirdi Salamov Vitali Məhəmməd oğlu yazıb. Amma Məhəmməd oğlu məni bir qədər çaş-baş saldı. Soruşanda “atamın adı Məhəmməddi, Məti deyirlər”-deyib, güldü. Həmin Məti dayı bizi  bayırda “Jiquli”sində gözləyirdi.
Atası Məti dayı, anası Qumru xala lap cavanlığından onunla qürur duyurdular. Qürur duyulası Vitaliylə.
Vitali savadlı olduğu qədər də istedadlı idi. Radioda ifa olunan mahnını bir dəfə eşitməklə pianinoda, ya da qarmonda onu o dəqiqə təkrarlayardı. Vitalinin şeir yazmağı da vardı. Özü kimi zarafat dolu şeirlərindən xırda parçalar qalıb ailəsinin özləri ilə götürə bildikləri şəkillərin arasında.

Vitali Qarabağ müharibəsinin elə ilk günlərindən döyüşə atıldı. Daima öndə oldu. Bir əsgər kimi. Bir arteleriya zabiti kimi son gününə qədər düşmənlə döyüşdü. İdarə etdiyi “UAZ”maşını deşik-deşik idi. Ermənilər Vitalinin əlindən çox yanıqlı idilər. Onu ailəsi ilə hədələyirdilər, qorxuzmağa çalışırdılar. O isə qorxunu çoxdan unutmuşdu. Təkcə qorxduğu bir şey vardı. Vətən, torpaq itkisi. Vitali torpaqların işğalınına, insanların öz yurdlarından didərgin düşmələrinə dözə bilmirdi. Vətən üçün, Qarabağ üçün son damla qanına kimi vuruşdu. Canından çox sevdiyi torpaq üçün canından keçdi. Onun son baxışlarında çox da uzaqda olmayan, əl uzatsan çatacaq qədər yaxın olan-onu, bizləri gözləyən dağlar qaldı. Tənhalıqda, kimsəsizlikdə darıxan dağlar. Bir də böyüyüb başa çatdığı, doğma Boyəhmədli kəndinin Qaraman dağının döşündəki sökük binaları, xiffətdən quruyan ağacları.

                                                *  *  *

Deyirlər portuqaliyalı balıqçılar hər dəfə dənizə çıxanda ailəsi ilə vidalaşırlar. Döyüşə gedənlər kimi. Bəlkə də bu onların son görüşüdü, deyə. Vitali də hər səhər uşaqları, ailəsi ilə vidalaşardı. Amma bunlardan hansının sonuncu olacağını  bilmirdi, inanmaq istəmirdi.

Nə qədər insanlar gəlib-gedib bu dünyadan. Hərə bir ömür sürdü. ... Kimi 30, kimi 50, kimi 100 il. Payızda dünyaya göz açan Vitali, elə payızda da dünyayla vidalaşmalı oldu. Həm də Ağdamın payızında. Nə qədər arzuları qaldı bu dünyada. Sizlərin, bizlərin-hamımızın həyata keçirməlı olduğu arzuları. Onun bütün arzuları bizlərin arzuları idi. Yurdun, vətənin, xalqın, millətin arzuları. O, bacaracağından çox çalışdı, çox vuruşdu. Bundan sonrakı vuruşlar bizlərin vuruşudu, bizlərin döyüşüdü. Bu torpaq, bu millət savaşında Vitalinin o yerləri dolaşan ruhu həmişə bizimlə olacaq. Müqəddəs Qələbə gününə kimi. Qayıdacağıq o torpaqlara. Mütləq qayıdacağıq. O darıxan, üzülən cığırlara, ot basmış yollara yenidən iz salacağıq.
Vitali, bu 36 ildə vətəni üçün, eli üçün, ailəsi, övladları üçün baş ucalığı gətirən nümunəvi bir ömür yaşadı. Bundan sonra da nə qədər dostlar var, nə qədər həyat var, nə qədər Qarabağ var, Vətən var, Vitali də var. Dostların, döyüş yoldaşlarının qəlblərində Vitalinin sevgisi, neçə-neçə gözəl xatirələri qalır. Ürəklərdə, qəlblərdə, yaddaşlarda isə əsl vətəndaş, torpaq-vətən üçün canından keçməyə hazır olan bir döyüşçü, gözəl insan, mehriban ata, ailə başçısı, yaxşı dost, məğrur zabit kimi yaşayacaq-mayor Vitali Salamov Məhəmməd oğlu.
Vitalinin iki yadigarı var. Sima, Anar. Bir də ailəsi. Üzündən, gözündən həmişə sevinc yağan Vitalinin ocağında bir Sevinc də var. Babasının səkillərini seçib “Ba-ba” deyib, mənə bir-bir uzadan 3 yaşlı Sevinc nəvəsi.
Otaqda bir zabit baxışı vardı. Əvvəlki baxışlardan tam fərqli bir zabit baxışı. O gülüşlü gözlərdən əsər-əlamət yox idi. Mənə elə gəlirdi ki, o baxışlar çox uzaqlara dikilmişdı. Bəlkə də bu mənə elə gəlirdi. Amma nəvəsinə elə gəlirdi ki, babası ancaq ona baxır. Hər halda uşaqlar daha həssas olurlar.

Nədənsə bu şəkillərə baxanda Salvador Dalinin “Saatlar”ındakı Zaman yadıma düşür. Kiminçün uzanan, kiminçün üzülən, kiminçün dayanan Zaman. Hərənin yaddaşında bir cür ilişib qalan Zaman.

Hər Zamanın Vitalisindən yazmaq istədiyim yazı, ona olan xoş münasibətlər kimi qurtarmaq bilmir…


Щяр юлян  ясэярля юлцрям, Аллащ

             Достум майор Витали Саламовун хатирясиня

Бир сянэяр узаныб йолумун цстя,
нечя баш гойулуб голумун цстя,
даща йатаммырам солумун цстя,
щяр юлян ясэярля юлцрям, Аллащ.

Инди ким дураъаг бу эеъя постда,
эюрян ня дцшцнцр постдакы дост да,
бир гара каьыз да атылды почта,
щяр юлян ясэярля юлцрям, Аллащ.

Йухуму эюрцрям йатан йериня,
эцняшим йол эедир батан йериня,
балам, сян узанма атан йериня,
щяр юлян ясэярля юлцрям, Аллащ.
                     

        Rəfail Tağızadə

Əsgər - 41-ci veriliş